ABŞ dövlət katibinin müavini Uilyam Börns bu gün Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Modern.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin saytında yerləşdirilib.
Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi görüş bağlı qapılar arxasında keçiriləcək.
Modern.az