Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya “Prix de la Fondation” mükafatı verilib. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, dünən Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas keçirilib.
İclası açan Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı mərasim iştirakçılarına təqdim edib. O bildirib ki, forumun ən ali mükafatı olan “Prix de la Fondation” mükafatı beynəlxalq səviyyədə fəaliyyəti ilə seçilən və rəğbət qazanan insanlara verilir. Bu sırada qadınlar olanda isə mükafat daha böyük məna və mahiyyət kəsb edir.
Jan Pol Karteron bildirib ki, Mehriban Əliyeva dünyada humanitar fəaliyyəti ilə diqqət çəkir, zərurət mövcud olan yerləri nəzərdən qaçırmır.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən danışıb.
Daha sonra Krans Montana Forumunun ən ali mükafatı - “Prix de la Fondation” Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edib.
Modern.az