Arzu Səmədbəyli: “Onlar bizə müraciət etsinlər, biz yox”

Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli iqtidar funksionerlərinin qurultayla bağlı səslədirdiyi fikirlərə münasibət bildirib.
Modern.az-a açıqlamasında o, deyib ki, Müsavat Partiyasına ünvanlanan ittihamları əsassız hesab edirlər.
A.Səmədbəyli həmçinin qeyd edib ki, Müsavat qurultayla bağlı hakimiyyətdən cavab gözləyir.
“Dəfələrlə haqqımızda fikir bildirirlər. Yalnız onu deyə bilərəm ki, qurultayla bağlı yenilik ancaq hakimiyyətdən aslıdır. Hakimiyyət özü bizə yer verməyənə kimi yenilik də olmayacaq. Qurultaya yer ayrılması üçün dəfələrlə müraciət etmişik, amma onlar bizə yer vermək istəməyiblər. Bundan sonra da biz kiməsə müraciət etmək fikrində deyilik. Hakimiyyətin müraciətini gözləyirik. Yer verərlərsə, qurultayı Bakıda keçirəcəyik, əks təqdirdə Gürcüstanda”,-deyə A.Səmədbəyli vurğulayıb.
Qeyd edək ki, iqtidar rəsmiləri qurultayın keçirilməməsində Müsavat başqanı İsa Qəmbəri günahlandıraraq onun başqanlıqdan getmək istəməməsini bildirirlər.
Anar RÜSTƏMOV