Modern.az

Hikmət Hacıyev Qarabağa gələn muzdluların ölkələrinə çağırış etdi

Hikmət Hacıyev Qarabağa gələn muzdluların ölkələrinə çağırış etdi

8 Oktyabr 2020, 16:12

“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu  olaraq Azərbaycan hərbçilərinə və dinc sakinlərinə hücum edirlər".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət HacıyevTwitter” səhifəsində yazıb.

"Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?