Milli Məclisin 65 saylı seçki dairəsindən deputatı, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabad rayonunda xeyriyyə aksiyası keçirilib. Bu barədə Modern.az-a millət vəkilinin köməkçisi Aydın Vəliyev məlumat verib:
“Biz hər il belə aksiyalar keçiririk. Keçən ilin aprel, may, iyun aylarında Sabirabad, Saatlı, Kürdəmir rayonlarında belə aksiya keçirildi. Bu il də həmin aksiya davam etdirilir. Kürdəmir, Saatlı rayonunlarından sonra biz iyunun 28-29-da əhalinin pulsuz tibbi müayinəsini aparmaq üçün Sabirabadda olduq”. A.Vəliyevin sözlərinə görə, xeyriyyə məqsədilə təşkil olunan aksiyada ginekoloq, oftomoloq, terapevt, kordioloq, nevropotoloq, endikrinoloq, ixtisaslı həkimlər iştirak edib.“Əvvəlcə Yolçubəyli kəndində olduq. Müayinə üçün ətraf kəndlərdən də insanlar gəlmişdilər. Sonra isə Əsgərbəyli kəndinə gəldik. Çalışdıq ki, əhaliyə bacardığımız qədər kömək edək. Sentyabrda isə Qasımbəyli kəndində yeni tikilimiş xəstəxananın açılışı olacaq, onda böyük heyətlə həmin açılışda iştirak edəcəyik. O biri rayonlarda olduğu kimi, Sabirabaddan da bəzi xəstələr muayinə üçün Bakıya gələcəklər”.
|
|
|
|
|
|