Modern.az-ın məlumatına görə, Mətbuat Şurasında keçirilən görüşdə 20-dək qəzet redaktoru, yayımçılar iştirak edlər. Müzakirələrə həm dövlət, həm müxalifət, həm də müstəqil qəzetlərin redaktorları qatılıblar.
Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir qrup baş redaktorla görüşüb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzet rəhbərləri tərəfindən mətbuatın qurumu ilə bağlı ona ünvanlanan şikayətləri Əli Həsənovun diqqətinə çatdırıb.
Görüşdə əldə yayımın sıradan çıxarılması, yayım firmalarının problemləri qaldırılıb.