Modern.az

Azərbaycanda deputalar üçün etik davranış qaydaları hazırlanır

Azərbaycanda deputalar üçün etik davranış qaydaları hazırlanır

Parlament

30 İyun 2012, 12:43

İntizam Komissiyasının sədri: "Deputat bütün millətin vəkili adını daşıyırsa, onun davranışında, geyimində etika üstünlük təşkil etməlidir"


“Hakimiyyətin bütün qollarının nümayəndələrinin fəaliyyətini tənzimləyən etik davranış kodeskləri var. Ali qanunverici hakimiyyətin nümayəndələrinin isə etik davranışını tənzimləyən sənəd yoxdur”.

Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli bildirib.

O, qeyd edib ki, dövlət qulluqçularının etik davarnış kodeksi bütün dövlət qulluqçularına aiddir: “Xüsusi xidmətlərin isə öz kodeksləri var. Polisin, ədliyyə orqanlarında çalışanların davranış qaydalarına aid sənəd var. Hakim məmur deyil, amma onun da davranışının müəyyən çərçivəsi var. Bütün dünyada bu, belədir. Buna görə də nəinki təkcə işdə, işdənkənar fəalıiyyətdə də etik davranış qaydaları gözlənilməlidir”.

Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzov isə Modern.az-a bildirib ki, deputatların etik davranış kodeksi ilə bağlı layihə üzərində işləyirlər:

“İstəyirik ki, Milli Məclisin özündə də etik davranış və s. məsələlərlə bağlı belə bir qanun qəbul edək. Sənəddə həm Milli Məclis daxilində, həm parlament xaricində deputatlara aid etik davarınışla, həmçinin geyim məsələsilə bağlı müəyyən məqamlar nəzərdə tutulub. Çünki deputat bütün millətin vəkili adını daşıyırsa, bütün millətin gözü ondadırsa, həmin şəxsin davranışında, geyimində təbii ki, etika üstünlük təşkil etməlidir. Biz hazırda həmin sənədin üzərində işləyirik”.

Komissiya rəhbəri bildirib ki, bəzi ölkələrdə, məsələn, Türkmənistanda deputatlar üçün uniforma var: “Yəni onlarda xüsusi formalar var. Müxtəlif ölkələrdə məsələyə müxtəlif cür yanaşma var. Amma biz dünya praktikasından istifadə edəcəyik”.

Aytən ƏLİYEVA
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım