Modern.az

Ayaz Mütəllibov: “İlham Əliyevə minnətdarlığımı bildirirəm”

Ayaz Mütəllibov: “İlham Əliyevə minnətdarlığımı bildirirəm”

30 İyun 2012, 12:50

Eks-prezident Ayaz Mütəllibov Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) bu gün keçirilən qurultayına telefonla bağlanaraq partiya sıralarından və ümumiyyətlə siyasətdən getdiyini deyib. Modern.az-ın məlumatına görə, keçmiş dövlət başçısı eks-prezidentlər haqqında qanunu müsbət qiymətləndirərək prezident İlham Əliyevə minnətdarlığını bildirib:

"Eks-prezidentlər haqqında qanunun qəbulu ölkə başçısı İlham Əliyevin siyasi iradəsi ilə əlaqələndirilməlidir. Bu da Azərbaycan demokratiyasının inkişafında mühüm addımdır. Eyni zamanda, qanun ölkədaxili siyasi mühitə də müsbət təsir göstərməyə bilməz. Arzum budur ki, xalqı birləşdirən bu cür addımların sayı çox olsun. Fürsətdən istifadə edərək ölkə Prezidenti İlham Əliyevə, qanunun müəlliflərinə, parlamentdə müzakirələr zamanı qanunu dəstəkləyən deputatlara, siyasi xadimlərə, sıravi vətəndaşlara öz səmimi minnətdarlığımı bildirirəm"

Çıxışında A.Mütəllibov obyektiv səbəblərə görə partiya üzvülüyündən çıxdığını bildirib. Eks-prezident vətənə qayıtdıqdan sonra vaxtını ailəsinə ayırmaq istədiyini deyib.

"Qanun keçmiş dövlət başçılarına layiqli qiymət verir. Bu da mənə, ailə üzvlərimə illər boyu çəkilən iztirabların qarşılığında mənəvi rahatlıq verir. Əziz dostlar, bu status mənə siyasətlə məşğul olmağımı qadağan etmir. Lakin mən özüm qərara gəlmişəm ki, obyektiv səbəblərə görə partiya üzvlüyündən azad olum. Səbəbi odur ki, mən ailəmlə məşğul olmaq istəyirəm, həmçinin səhhətimə diqqət yetirmək istəyirəm", - deyə A.Mütəllibov qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək