Modern.az

Magistrlara verilən vaxt başa çatdı

Magistrlara verilən vaxt başa çatdı

Təhsil

30 İyun 2012, 13:16

2012-2013-cü il tədris ili üçün ali təhsil müəssisələrinin magistraturasına ixtisas seçimi başa çatıb. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. TQDK-dan  bildirilib ki, müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Buna baxmayaraq  500 nəfərə yaxın bakalavr ixtisas seçimi aparmış, lakin elektron ərizələrini təsdiq etməmişdilər. TQDK bunu nəzərə alaraq həmin bakalavrlara 30 iyun saat 12-00-dək  vaxt vermişdi. 

Qeyd edək ki, 2012-2013-cu il tədris ili üçün  magistratura səviyyəsi üzrə ayrılan  plan yerlərinin ümumu sayı 5 faiz artaraq 6107 təşkil edib. 2011-ci ildə isə ali təhsil müəssisələrinin magistraturiyasına  5815 plan  yeri ayrılmışdı.  Dövlət sifarişi üzrə ayrılmış yerlərinin sayı ötən illə müqayisədə 14 faiz artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir, ötən il isə 2095 yer ayrılmışdı. 

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək