Modern.az

Deputatdan futbol açıqlaması - "Onların işi elə aldatmaq, aldatmaqdı..."

Deputatdan futbol açıqlaması - "Onların işi elə aldatmaq, aldatmaqdı..."

30 İyun 2012, 13:41

Milli Məclisin deputatı Aqil Abbas futbol üzrə Avropa çempionatı ilə bağlı fikirlərini Modern.az saytına danışıb.

O, deyib ki, əvvəlcədən ürəyindən İspaniyanın çempion olması keçib: “Amma yarışların gedişindən elə bilirdim ki, Almaniya çempion olacaq. Oyun göstərdi ki, İspaniya çempionluğa layiq oynamır. Almaniya isə oynayırdı. Nəticə olmadı, İtaliyaya uduzdu. Yəqin ki, çempion elə İtaliya da olacaq. Çünki İspaniya millisi sanki bizim gördüyümüz komada deyil. Bu komandanın hücumu yoxdur, elə aldatmaq, aldatmaq...”.

Deputat indiyə qədər keçirilən görüşlərə rəğmən İtalya millisinin ona yaxşı təsir bağışlamadığını da deyib: “Mənə yaxşı təsir bağışlayan Portuqalya və İspaniya idi. Ola bilər ki, İspaniya millisini sevirəm deyə, gözüm onu bir az daha yaxşı görür. Amma almanların oyunları ləzzət edirdi. Bilirsiniz yalnız ağılla oyun alınmır. Almaniyanın uduzması məşqçinin səhvi oldu. Klozeni əvvəlcədən buraxsaydı meydana, o cür olmazdı, orada bir az səhvlər elədi”.

İtaliya millisinin almanlara aman verməməsinə gəlincə isə deputat bildirib ki, İtaliya elə bil özünü saxlamışdı bu oyuna:
“Özü də almanların üstündə italiyalıların xofu var. İtaliya bütün yarımfinallarda onları üstələmişdi. Amma mən Portuqalyadan  gözəl oyun gözləyirdim və gözəl də oynadılar. Onlar finala çıxa bilmədilər. İspaniya bütün komandalardan səliqəli oynayır, hamıdan gözəl oynayır, çox təəssüf ki, İspaniya bizim gözlədiyimizi vermədi. Messi yoxdur, İspaniya millisi yoxdur. Çempion yəqinki İtaliya olacaq”.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək