Modern.az

Türkmənistan Azərbaycanı məhkəməyə verəcək

Türkmənistan Azərbaycanı məhkəməyə verəcək

30 İyun 2012, 13:58

Türkmənistan Xəzər dənizi ilə bağlı mübahisəli məsələlərə görə Azərbaycanı BMT-nin Beynəlxalq Məhkəməsinə verəcək. Modern.az xəbər verir ki, bunu Türkmənistanın Neft Sənayesi və Mineral Resurslar üzrə İcraçı direktoru Kakagəldi Abdullayev jurnalistlətə açıqlamasında söyləyib.

O, bildirib ki, son günlərdə Azərbaycan KİV-də “Kəpəz” yatağında Türkmənistanın rəsmi nümayəndələrinin müdaxiləsi barədə xəbərlər yayılıb.  K. Abdullayevin sözlərinə görə, bunlar reallığı əks etdirmir. K.Abdullayev 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov Azərbaycana səfəri zamanı iki ölkə arasında heç bir saziş imzalandığını deyib.

"Eyni zamanda Türkmənistan tərəfi məsələnin həlli üçün konkret səylər göstərsə də, Azərbaycan tərəfi buna qarşılıq verməyib.Buna görə də Türkmənistanın məhkəməyə müraciət etməsindən başqa çıxış yolu yoxdur".

Türkmənistan rəsmisi qeyd edib ki, “Kəpəz” yatağı Xəzər dənizinin rəsmən Türkmənistan hissəsində yerləşir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək