İyunun 30-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) növbəti qurultayı keçirilib.
Modern.az xəbər verir ki, qurultayda Milli Şuraya yeni sədr seçilməsi məsələsinə baxılıb. Milli Şuranın sədrliyinə 3 namizəd olub. Bunlar Mirhəsən Seyidov, Gülsel Səfərova və Şahin Seyidzadədir.
Keçirilən səsvermə zamanı Şahin Seyidzadə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına yeni sədri seçilib. Ş.Seyidzadə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktorudur.
Xatırladaq ki, 2004-cü ilin mart ayından indiyədək ARGTMŞ-na millət vəkili Fuad Muradov sədrlik edirdi. Beləliklə F.Muradovu yeni sədr əvəz etdi.
Modern.az