Modern.az

Senat ABŞ-ın Azərbaycanda səfiri postuna namizədini təsdiqləyib

Senat ABŞ-ın Azərbaycanda səfiri postuna namizədini təsdiqləyib

30 İyun 2012, 14:55


ABŞ Senatının ümumi yığıncağında Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri postuna namizədliyi təsdiqlənib. Senatın rəsmi saytında yer alan məlumata görə, R.Morninqstarla yanaşı, ABŞ-ın daha 10 ölkədə səfiri təsdiqlənib.

Namizədliyi Senat tərəfindən təsdiqlənən səfir ABŞ Dövlət Departamentində and içdikdən sonra təyinat aldığı ölkəyə yollanır.

R. Morninqstarın avqustda Azərbaycana gələcəyi gözlənilir.

ABŞ prezident Barak Obama bu il aprelin sonunda Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi R.Morninqstarın Azərbaycanda səfiri postuna namizədliyini irəli sürüb. ABŞ Senatının xarici əlaqələr komitəsi iyunun 19-da bu namizədliyi bəyənib.

Xatırladaq ki, apreldə prezident Barak Obama ABŞ-ın Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi nümayəndəsi Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini irəli sürüb. Yanvarda Senatdakı erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını əngəlləyəndən sonra bu post vakant olaraq qalır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək