Modern.az

Vakant müəllim yerlərinə ərizə qəbulu başlayıb

Vakant müəllim yerlərinə ərizə qəbulu başlayıb

Təhsil

1 İyul 2012, 13:47


Təhsil Nazirliyi bu gündən 2012-2013-cü tədris ili üçün respublikanın orta ümumtəhsil məktəblərinə və peşə liseylərinin vakant müəllim yerlərinə işə qəbul olmaq istəyənlər üçün elektron ərizə qəbuluna başlayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, ərizə vermək istəyənlər  müəllimlər www.edu.gov.az saytında olan "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsindəki "Elektron ərizə forması"nı daxil olmalıdırlar. Müsabiqədə iştirak etmək istəyənlər "Elektron ərizə forması”nda müvafiq məlumatları doldurmaqla seçimə qatıla bilərlər.

Qeyd edək ki, müsabiqədə 3270 vakant müəllim yeri müəyyən edilib. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Müsabiqə ilə bağlı digər məlumatlar nazirliyin internet saytında yerləşdirilib.

Bakı şəhəri və respublika üzrə vakant müəllim yerlərinin sayı və hansı məktəbdə olmasına dair ətraflı məlumatı
bu linkdən //www.edu.gov.az/upload/file/strateji-tehlil/2012-2013-ishe-qebul.pdf 
öyrənmək olar 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək