Modern.az

Baş prokurorluq mülki əhaliyə hücumla bağlı məlumat yaydı

Baş prokurorluq mülki əhaliyə hücumla bağlı məlumat yaydı

10 Oktyabr 2020, 12:58

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

 

Qurumun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 31 mülki şəxsi qətlə yetiririlib, 171 nəfəri isə yaralanıb.

 

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 146, çoxmənzilli yaşayış binalarının sayı 45, yaşayış evlərinin sayı isə 1 137-dir.

 

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu