Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olun. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 43 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 kv.m sahədə, eyvanın taxta konstruksiyaları və ev əşyaları 7 kv.m sahədə, 7-ci mərtəbədə ümumi sahəsi 55 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları isə 6 kv.m sahədə, eyvanın taxta konstruksiyaları və ev əşyaları 7 kv.m sahədə yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdən 23 sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat iyulun 1-də saat 05:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xatırladaq ki, bu həmin binada baş vermiş ilk hadisə deyil. İyunun 13-də həmin ünvanda qeyd olunun yanğın zamanı onlarla ailə mənzillərini itirmişdi. Yanğından sonra yanmış mənzillərin sahibləri yeniləri ilə təmin olunmuşdu.
Modern.az