Modern.az

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - Müdafiə Nazirliyi

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - Müdafiə Nazirliyi

10 Oktyabr 2020, 13:26

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur.

 

Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu