Modern.az

ATƏT sədri humanitar atəşkəsin qüvvəyə minməsini alqışladı

ATƏT sədri humanitar atəşkəsin qüvvəyə minməsini alqışladı

10 Oktyabr 2020, 14:10

"ATƏT-in fəaliyyətdə olan sədri Edi Raama Moskvadakı danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi kontekstində yeni qüvvəyə minmiş humanitar atəşkəsi alqışlayır".

 

Modern.az xəbər verir ki, bu barədə hazırda ATƏT-ə sədrlik edən Albaniyanın qurumdakı missiyasının "Twitter" hesabında bildirilib.

 

"Həm regionda, həm də Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi prosesdə sabitliyə ehtiyacımız var. Ermənistan və Azərbaycan arasında bu razılaşma substantiv danışıqlara yol açır", - deyə ATƏT sədri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu