Modern.az

Qənirə Paşayeva Amerikaya getdi

Qənirə Paşayeva Amerikaya getdi

Təhsil

1 İyul 2012, 16:02

Millət vəkili Qənirə Paşayeva bu gün ABŞ-ın Nyu-York şəhərinə səfərə yola düşüb.Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, deputat BMT-nin İqtisadi Sosial Şurasının – ECOSOC-un  Yüksək Səviyyəli Toplantısında iştirak edəcək. BMT-nin Baş Qərargahında keçiriləcək tədbirdə minilliyin məqsədlərinə nail olunması üçün kasıblığın aradan qaldırılması yolları araşdırılacaq. Bütün səviyyələrdə əsaslı, dayanıqlı və bərabər iqtisadi inkişaf çərçivəsində  bacarıqların və faydalı işlərin dəstəklənməsinə diqqət yönəldiləcək.  Toplantıda xarici ölkələrin BMT-dəki nümayəndələri, beynəlxalq təşkilatların və donorların nümayəndələri iştirak edəcəklər. 
ECOSOC-un Yüksək Səviyyəli Toplantısı çərçivəsində qurumun xüsusi məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu işgüzar görüş keçirəcək. Həmin görüşdə Azərbaycanın təmsilçiləri, o cümlədən deputat Qənirə Paşayeva “2015-ci ilə kimi Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan hökumətinin vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyəti” mövzusunda çıxış edəcəkdir. 
Səfər iyulun 7-də başa çatacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək