Modern.az

Prezidentin köməkçisi: “Ermənistanın qələbə “illüziyaları” darmadağın edildi”

Prezidentin köməkçisi: “Ermənistanın qələbə “illüziyaları” darmadağın edildi”

10 Oktyabr 2020, 15:14

“Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əmillaytlar Ermənsitanın illuziyalarını darmadağın edib”.

 

Modern.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Onun sözlərinə görə,Ermənistan silahlı qüvvələrinin ön xəttə yerləşdirilən hərbi sistemləri darmadağın edilib:

 

“Azərbaycan silahlı qüvvələri uğurlu əməliyyat həyata keçiriblər. Yenə də onlara cavab verməkdə davam edirlər”.

 

Prezident köməkçisi bildirib ki, status-kvo dəyişdirilib:

 

“Ermənilər heç zaman yaşamadığı Cəbrayıl şəhərində məskunlaşmaya heç vaxt cavab verilmirdi. Artıq Azərbaycanın bir çox torpaqları işğaldan azad edilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu