“Azərbaycanın tələbi ondan ibarətdir ki, əgər danışıqlar davam edəcəksə konkret məzmun, qrafiq, vaxt göstərilməlidir”.
Modern.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan mahiyyətli və nəticəyönümlü danışıqları dəstəkləyir:
“ATƏT-in Minsk qrupunun da səyləri bu istiqamətə yönəlməlidir. Hədəfimiz işğalın aradan qaldırılmasıdır”.