Modern.az

Qırğızıstanın sabiq prezidenti saxlanıldı

Qırğızıstanın sabiq prezidenti saxlanıldı

Aktual

10 Oktyabr 2020, 16:12

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi bildirib.

 

Eks-prezident paytaxt Bişkekdə kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.

 

Onun saxlanılması üçün evinə xüsusi təyinatlılar cəlb edilib.

 

Qeyd edək ki, ötən həftə baş tutmuş parlament seçkilərindən sonra ölkədə iğtişaşlar başlayıb. Ötən gündən etibarən Bişkekdə fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu