Modern.az

Ceyhun Bayramov: “Ermənistan ciddi addımlar atmasa, hərbi əməliyyatlar bərpa oluna bilər”

Ceyhun Bayramov: “Ermənistan ciddi addımlar atmasa, hərbi əməliyyatlar bərpa oluna bilər”

Aktual

10 Oktyabr 2020, 16:23

“Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və bununla balı olaraq real addımlar atılmalıdır. Hesab edirəm ki, Ermənistan tərəfindən imitasiya prosesinin həyata keçirilməsi, ciddi addımların atılmaması olarsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilər mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

 

C.Bayramov onu da deyib ki, hazırda Ermənistan Moskvada imzalanan sənədin tələblərinə əməl etmir və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam edir.

 

Onun sözlərinə görə, bu gün saat 12:00-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan tərəfi yenə buna əməl etməyiblər:

 

“Hazırda da hərbi əməliyyatlar davam edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu