Modern.az

Millimiz Kiprlə oyuna itki ilə çıxacaq

Millimiz Kiprlə oyuna itki ilə çıxacaq

Aktual

10 Oktyabr 2020, 17:45

Azərbaycan yığması UEFA Millətlər Liqasında IV turun Kiprlə oyununa futbolçu itkisi ilə çıxacaq.

 

Modern.az-ın məlumatına görə, müdafiəçi Bədavi Hüseynov Monteneqro ilə bugünkü matçda sarı vərəqə alaraq, cəzalı duruma düşüb. O, ilk dəfə sentyabrın 8-də Kiprə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada rəsmi xəbərdarlıqla üzləşib.

 

Qeyd edək ki, Kiprlə qarşıdakı görüş okyabrın 13-də Albaniyanın Elbasan şəhərindəki eyniadlı stadionda olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu