Modern.az

Millimiz Monteneqroya uduzdu

Millimiz Monteneqroya uduzdu

Aktual

10 Oktyabr 2020, 18:46

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız 3-cü tur çərçivəsində səfərdə Monteneqro ilə üz-üzə gəlib. C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. 

 

Xatırladaq ki, millimiz ilk turda Lüksemburqa evdə 1:2 hesabıyla məğlub olub, Kiprə isə səfərdə qalib gəlib – 1:0. Monteneqro isə səfərdə Kirpi 2:0, Lüksemburqu 1:0 hesabıyla üstələyib.

 

Yığmamızın qrupunda bu gün həm də Lüksemburq Kipri qəbul edəcək.

 

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

10 oktyabr

Monteneqro – Azərbaycan 2:0 (2-ci hissə)
Qol: S.Yovetiç, 9. İ.İvanoviç, 71.

Podqoritsa. Şəhər stadionu.

Baş hakim: Rikardo Benqoeçea (İspaniya).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu