Modern.az

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başlanıb

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başlanıb

Təhsil

1 İyul 2012, 21:03

Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, iyulun 1-dən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlanıb.
Çağırış prosesi bu ayın sonunadək davam edəcək. Sərəncama əsasən, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2012-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2012-ci il iyulun 1-dən 31-dək ehtiyata buraxılacaqlar.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək