Modern.az

İlk universitetimizin “vəzifəlilər”i - akademikdən tutmuş prezidentə qədər

İlk universitetimizin “vəzifəlilər”i - akademikdən tutmuş prezidentə qədər

2 İyul 2012, 09:53

BDU ilə yarışa girə biləcək ali məktəb yoxdur...

Modern.az ali məktəblərimizin bu günə kimi yetişdirdikləri və hazırda vəzifədə olan şəxslər haqqında yazılarını davam etdirir. Budəfəki təqdimatda Bakı Dövlət Universitetinin məzunu olmuş vəzifəlilərdir.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın sözlərinə görə, bu ali təhsil ocağının məzunları arasında alimdən tutmuş prezident vəzifəsinə yüksələn tələbələr var. Elə onu demək kifayətdir ki, Heydər Əliyev məhz BDU-nun məzunu olub:

“Universitet Cümhuriyyətlə yaşıd və ilk ali təhsil ocağı olduğundan ali məktəb çoxsaylı görkəmli şəxsiyyətlər yetişdirib: “1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti, 1954-1958 illərdə ADU-nun rektoru (hazırda BDU) olmuş Yusif Məmmədəliyev, kənd təsərrüfatı elmləri doktoru Həsən Əliyev, fizika-riyaziyyat elmləri doktoru Zahid Xəlilov, texnika elmləri doktoru Azad Mirzəcanzadə də BDU-nun tələbəsi olub. Xalq şairi Bəxtiyar Vahabzadə, görkəmli jurnalist Nəsir İmanquliyev, Bakı Dövlət Universitetində tarix kafedrasının müdiri Feyzulla Qasımzadə, sovet dövründə bir neçə dəfə Ali Sovetinin deputatı olmuş Tofiq Köçərli, yazıçı, ədəbiyyatşünas, əməkdar elm xadimi, professor Mir Cəlal Paşayev, tarixçi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov da bu ali məktəbdən məzun olublar.

Universitetin yetişdirdikləri “vəzifəlilər”i saymaqla bitirmək olmaz. Belə ki, universitetdən məzun olmuş “vəzifəli”lərin siyahısında şərqşünas Aida İmanquliyeva, 1970-1983-cü illərdə AMEA-nın prezidenti Həsən Abdullayev, Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmış Xudu Məmmədov, riyaziyyatçı Əşrəf Hüseynov, 1950 və 1958-ci illərdə Azərbaycan SSR EA-nın Prezidenti vəzifəsində çalışmış Musa Əliyev, dilşünas Bəkir Çobanzadənin də adını qeyd etmək olar.

Müxtəlif vaxtlarda Naxçıvan Muxtar Respublikasının prokuroru və xalq ədliyyə komissarı, Azərbaycan MİK-nin deputatı, Respublika prokurorunun baş köməkçisi, Bakı hüquq məktəbinin direktoru vəzifəsində işləmiş Vahid Qəhrəmanov da bu ali məktəbin yetirməsidir.

1959-1961-cı illərdə AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru, 1965-1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun yaradıcısı və direktoru olmuş Murtuza Nağıyev, Azərbaycanın görkəmli geoloqları Şəfayət Meydiyev, geomorfologiya və stratiqrafiya elmlərinə dair çoxsaylı əsərlərin müəllifi Mirəli Qaşqay da BDU-nun “vəzifəli” məzunları sırasındadır. Daha ətraflı məlumat əldə etmək üçün bura //press.bsu.edu.az/az/content/qqq daxil ola bilərsiniz.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?