"Azərbaycan dilində yaxşı danışmasam da, xahiş edirəm bilin, şəhidlər, onların ailələri və bütün Azərbaycan xalqı üçün dua edirəm".
Modern.az xəbər verir ki, bu sözləri böyük xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin Fransada yaşayan kötükçəsi Alban Klod özünün "facebook" profilində qeyd edib. O bildirib ki, Azərbaycan xalqının apardığı haqq savaşının yanındadır:
"Hamı bilməlidir ki, onların haqq savaşının səbəbi ədalətlidir".
Qeyd edək ki, Alban Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir.