Modern.az

Sahibə Qafarova: "Humanitar atəşkəs belə Ermənistanın mülki əhaliyə qarşı zorakılığını dayandırmadı"

Sahibə Qafarova:

Parlament

11 Oktyabr 2020, 11:35

Milli Məclisin sədri Sahibə Qafarov Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini atəşə tutmasına münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, parlamentin sədri paylaşımında qeyd edib ki, bu, Ermənistanın Azərbaycana qarşı növbəti terror və təcavüz siyasətinin fotoşəkilləridir.

 

Sədr bildirib ki, hazırda qüvvədə olan humanitar atəşkəs belə Ermənistanın mülki əhaliyə qarşı zorakılığını dayandıra bilmədi: "Biz BMT, ATƏT və digər bütün beynəlxalq təşkilatları erməni tərəfinin zorakılığı təcili şəkildə dayandırması üçün tədbirlər görməyə çağırırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama