Türkiyə Böyük Millət Məclisinin (TBMM) dünən keçirilən iclasında deputatlar arasında dava düşüb. Modern.az-ın Türkiyə mətbuatına istinadən vediyi məlumata görə, hökumətin ictimaiyyətdə böyük mübahisə yaradan xüsusi səlahiyyətli məhkəmələrin ləğv edilməsi ilə bağlı TBMM-ə təqdim etdiyi qanun layihəsi millət vəkilləri arasında fikirayrılığına səbəb olub.
Əvvəl hakim AKP-nin süçcüsü müzakirəyə qoşularaq fikir çıxış etdikdən müxalilif CHP-çilər buna etiraz etməyə başlayıblar. Belə kki, müzakirələr zamanı iqtidar nümayəndələri ilə müxalifət təmsilçiləri arasında yaranan mübahisələr sonda əlbəyaxa davaya çevrilib. Bir anda TBMM-də vəziyyət gərginləşib. Mühafizəçilər deputatları ayırmaqda çətinlik çəkiblər.
Anar RÜSTƏMOV