Modern.az

Milli Məclisin İnsan hüquqları komitəsi yaz sessiyasında necə işlədi?

Milli Məclisin İnsan hüquqları komitəsi yaz sessiyasında necə işlədi?

2 İyul 2012, 12:03

Modern.az Milli Məclisin (MM) komitələrin yaz sessiyası müddətindəki fəaliyyəti haqqında yazıları davam etdirir. Növbə MM-in İnsan hüquqları komitəsinindir.

İnsan hüquqları komitəsinin  sədri Rəbiyyət Aslanova saytımıza bildirdi ki, yaz sessiyası müddətində gündəliyə çıxarılan bütün məsələlər müzakirə olunub. Onun sözlərinə görə, Prezident Administrasiyasından,   eləcə də komitənin özünün təklif etdiyi qanunlar da müzakirəyə çıxarılır:

“Bu sessiyada “İnformasiya əldə etmək haqqında” qanununa dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi,  “Psixiatriya yardımı haqqında” qanunda dəyişikliklər edilməsinə dair qanun layihələri müzakirə olundu”.

Komitə sədri onu da bildirdi ki, Milli Məclisin yaz sessiyası müddətində Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin “Hauptvaxt haqqında” 4 saylı əlavəsində, “Siyasi partiyalar haqqında” qanununda, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “İnformasiya əldə etmək haqqında” və ”Həmkarlar İttifaqları haqqında” qanununlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı.

 

Gültəkin Ələsgər   

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək