Modern.az

"Neftçi" "Qəbələ" ilə heç-heçəyə razılaşdı

Aktual

11 Oktyabr 2020, 20:48

Bu gün "Neftçi" və "Qəbələ" yoxlama matçında üz-üzə gəlib.

Modern.az  xəbər verir ki,  "Neftçi"nin bazasında keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.

"Neftçi"dən kapitan Emin Mahmudov və braziliyalı müdafiəçisi Rener de Souza fərqlənib. "Qəbələ"nin hər iki qolunu isə nigeriyalı hücumçusu Ceyms Adeniyi vurub. "Neftçi"nin yarımmüdafiəçisi Saman Nəriman Cahan penaltini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, "Qəbələ" dünən "Sumqayıt"la sınaq matçında 1:2 hesabı ilə uduzub.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu