Misirdə sentyabrIn 20-dən bəri nümayişlərdə 1 943 nəfərin nəzarətə alındığı bildirilir.
Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, həmin insanlar üçün 15 günlük həbs qərarı verilib.
Xatırladaq ki, misirli müxalif Məhəmməd Əlinin mühacirətdə yaşadığı İspaniyadan rejim əleyhinə nümayişlər təşkil etməyə çağırışından sonra, sentyabrın 20-də ölkənin müxtəlif bölgələrində nümayişlər başlayıb.