Modern.az

Türkiyədə daha 59 nəfər koronavirusdan öldü

Türkiyədə daha 59 nəfər koronavirusdan öldü

11 Oktyabr 2020, 22:55

Türkiyədə son 24 saat ərzində daha 59 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 837 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 502 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 335 533 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 212 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 294 357 nəfər təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu