Modern.az

Prezident seçkilərində səsvermə başa çatıb

Prezident seçkilərində səsvermə başa çatıb

11 Oktyabr 2020, 23:42

Tacikistanda prezident seçkilərində səsvermə başa çatıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Tacikistanın Seçki və Referendumlar üzrə Mərkəzi Komissiyasından bildirilib ki, respublikada səslərin sayılmasına başlanıb.
 

Qeyd edək ki, prezident seçkiləri çərçivəsində Tacikistanda 3 375 seçki məntəqəsi açılıb, daha 29 məntəqə xarici ölkələrdə təşkil edilib. Səsvermənin ilkin nəticələrini MSK oktyabrın 12-si keçiriləcək brifinqdə açıqlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu