Modern.az

Dünyanın ən yaşlı insanı Özbəkistandadır-133 YAŞ

Dünyanın ən yaşlı insanı Özbəkistandadır-133 YAŞ

2 İyul 2012, 13:44

Dünyanın ən yaşlı qadınının 133 yaşı var. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə,  aparılan araşdırmalar zamanı məlum olub ki, hazırda dünya əhalisi üzrə ən yaşlı qadın Özbəkistan vətəndaşı  Tuti Yusubovadır. Onun nə az, nə çox 133 yaşı var. Tarixə düşən T.Yusubova 1880-ci ildə anadan olub.

Sağlığı ilə bağlı heç bir problemi olmayan Tuti Yusubova özünü hələ gənc hiss etdiyini bildirib. Onun sözlərinə görə, çox yaşamaq insanın özündən aslıdır. Uzun və sağlam ömür sürmək üçün T.Yusubovanın fikrincə, hər bir insan qida rasionuna diqqət yetirməlidir.

Qeyd edək ki, Tuti Yusubovanın qızının yüz yaşı var. O da anası kimi uzun ömürlü olmaq niyyətindədir.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək