Modern.az

Azərbaycan Güləş Federasiyası Ordumuza maddi dəstək verdi

Azərbaycan Güləş Federasiyası Ordumuza maddi dəstək verdi

Aktual

12 Oktyabr 2020, 12:40

Azərbaycan Güləş Federasiyası (AGF) Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

 

Modern.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, AGF rəhbərliyi, federasiyanın əməkdaşları, yığma komandaların güləşçiləri, məşqçilər heyəti, həkimləri və masajçıları əmək haqlarının müəyyən qismini Ordunun maddi-texniki təminatı üçün ayırıb.

 

Toplanan vəsait Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürülüb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza