Modern.az

ADU-nu bu il bitirən məzunların sayı açıqlandı

ADU-nu bu il bitirən məzunların sayı açıqlandı

2 İyul 2012, 14:50

Sabah Azərbaycan Dillər Universitetində  məzun günü keçiriləcək. ADU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov məzunları təbrik edəcək.

Sonra məzunlara fərqlənmə diplomları təqdim ediləcək. Bir nəfər universitet məzunu və valideyn çıxış edəcək. Tədbirdə şarların havaya buraxılması və atəşfəşanlıq olması da nəzərdə tutulub.
Tədbir maraqlı konsert proqramı ilə başa çatacaq. Qeyd edək ki, bu il universiteti  fakültələr üzrə əyani şöbədə 1011, qiyabi şöbədə 80 nəfər, həmçinin universitetin magistraturasının əyani şöbəsini 123, qiyabi şöbəsini isə 36 magistr bitirir.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək