Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı bir neçə ay öncə həbs edilən "Fəbərbaxça" klubunun prezidenti Əziz Yıldırım azadlığa buraxılıb.
Ə.Yıldırımla yanaşı, klubun I vitse-prezidenti İlhan Ekşioğlu, Olqun Peker və Yusuf Turanlı da azadlığa buraxılanlar sırasında olub.
Məhkəmədə çıxış edən "Fənərbaxça" prezidenti qərardan narazı olduğunu deyib və bəraət tələb edib.