Modern.az

Gəncədə 200 abunəçinin qaz təchizatı dayandırıldı

Gəncədə 200 abunəçinin qaz təchizatı dayandırıldı

12 Oktyabr 2020, 15:16

Gəncə şəhərinə düşmənin atdığı raket zərbəsi nəticəsində oktyabrın 11-də, saat 02:15-dən etibarən Gəncə şəhəri, Ələkbər Rəfibəyli küçəsində qaz təchizatı dayandırılıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qərargahından bildirilib. 

 

Məlumata görə, nəticədə 200 abunəçinin qaz təchizatı məhdudlaşdırılıb. Bunlardan 30-nun yaşayış ünvanı artıq yoxdur. 170 abunəçisinin isə qaz təchizatının bərpa edilməsi üzrə işlər aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!