Modern.az

Köçkün məktəblərində müəllimlərin əmək haqları niyə gecikir?

Köçkün məktəblərində müəllimlərin əmək haqları niyə gecikir?

2 İyul 2012, 16:29

Modern.az-a daxil olan məlumata görə, məcburi köçkünlərin oxuduqları məktəblərdə dərs deyən müəllimlərin əmək haqları gecikir. Belə ki, Kəlbəcər, Laçın, Qubadlı məktəblərində dərs deyən müəllimlər maaşlarını hələ də ala bilməyiblər. Verilən məlumata görə, bu hadisə artıq bir neçə dəfə təkrar olunur.

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, qaçqın və məcburi köçkün məktəblərində dərs deyən müəllimlərin əmək haqlarının gecikməsi nazirliyə aid məsələ deyil. Bununla həmin rayonun təhsil şöbələri məşğul olurlar.

Qeyd edilən rayonların təhsil şöbələri ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışsaq da, heç bir məlumat əldə də bilmədik.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək