Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.
Hərkətdə olan “KamAZ” markalı yük maşını aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır. (APA)