Modern.az

“Facebook” Holokostla bağlı siyasətini sərtləşdirir

“Facebook” Holokostla bağlı siyasətini sərtləşdirir

Aktual

12 Oktyabr 2020, 21:12

“Facebook” şirkəti Holokostu inkar, yaxud təhrif edən hər hansı paylaşımlara qadağa qoyub.

Modern.az  xəbər verir ki, şirkətin bugünkü açıqlamasında, həmçinin, bu ilin sonundan başlayaraq Holokostun inkarı ilə bağlı axtarış verən istifadəçilərin şəbəkənin mötəbər məlumatlar təchizatından məhrum olunacağı bildirilir.

"Report"un məlumatına görə “Facebook”un yəhudi olan icraçı direktoru Mark Zukerberq öz hesabından bildirib: “Mən sərbəst ifadə ilə Holokostun dəhşətini azaltmaq və ya inkar etməyin vurduğu zərər arasındakı ziddiyyətlərlə mübarizə aparırdım. Antisemitizm zorakılığının artmasını ehtiva edən məlumatlar gördükcə şəxsi fikirlərim təkamül yolu keçib və nifrət ifadə edən paylaşımlara qarşı siyasətimizin genişləndirməsinə vəsilə olub”.

Dünya Yəhudi Konqresi və Amerika Yəhudi Komuitəsi bu qərarı alqışlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza