Modern.az

Fransa mətbuatı Gəncəyə raket hücumundan YAZDI

Fransa mətbuatı Gəncəyə raket hücumundan YAZDI

Aktual

13 Oktyabr 2020, 09:06

Fransa mediasında “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallar “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olunub.

 

Modern.az xəbər verir ki, Fransa mətbuatı ermənilərin gecə mülki yaşayış zonası olan Gəncəni bombalanması nəticəsində 9 nəfərin öldüyünü və 30-dan çox yaralının olduğunu qeyd edib.

 

Bildirilib ki, humanitar məqsədlər üçün razılaşdırılmış atəşkəs rejiminə riayət olunmayıb və Ermənistan gecə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dinc sakinlərini bombardman edib.

 

Qeyd edək ki, məlumat Azərbaycan Xarici İşlər nazirinin “Twitter” hesabına istinadən dərc edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza