Modern.az

Milli komandamız bu gün Kiprə qarşı oynayacaq

Milli komandamız bu gün Kiprə qarşı oynayacaq

Aktual

13 Oktyabr 2020, 09:14

Futbol üzrə milli komandamız bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

Modern.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi komandamız 4-cü turda Kipr yığması ilə qarşılaşacaq. Albaniyanın Elbasan şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bunadək Lüksemburqa 1:2, Monteneqroya isə 0:2 hesabı ilə uduzan yığmamız yeganə qələbəsini məhz Kipr üzərində qazanıb. Səfərdə bu rəqibini 1:0 hesabı ilə üstələyən millimiz növbəti qələbəsini qazanmağa çalışacaq.

Xatırladaq ki, Dağlıq Qarabağdakı hadisələr səbəbindən Bakıda keçirilməli olan oyun neytral meydana salınıb.

Əlavə edək ki, qrupun digər oyununda Monteneqro Lüksemburqu qəbul edəcək.


13 oktyabr

Millətlər Liqası

C liqası, 44-cü tur


20:00. Azərbaycan – Kipr
Baş hakim:
 Fran Yoviç (Xorvatiya)
Elbasan (Albaniya). “Elbasan Arena”

1

Monteneqro

3

3

0

0

5

0

9

2

Lüksemburq

3

2

0

1

4

2

6

3

Azərbaycan

3

1

0

2

2

4

3

4

Kipr

3

0

0

3

0

5

0

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza