Modern.az

Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürülüb

Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürülüb

Aktual

13 Oktyabr 2020, 09:56

Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan tərəfi ötən gün həlak olan daha 96 hərbçinin adlarını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, siyahıdan məlum olub ki, sentyabrın 27-dən Qarabağda gedən döyüşlərdə məşhur erməni terrorçu, “Malış” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib.

 

Ermənilərin sosial şəbəkələrdə yazdıqlarından bu da bəlli olub ki, terrorçu oktyabrın 9-da məhv edilib.

 

Məlumata görə, 1973-cü il təvəllüdlü M. Arutyunyan hələ 1991-1994-cü illərdə, eləcə də 2016-cı il Aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun tərkibində vuruşub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza