Modern.az

İsrail Ali Məhkəməsi Azərbaycana silah satışı qadağası iddiasını rədd etdi

İsrail Ali Məhkəməsi Azərbaycana silah satışı qadağası iddiasını rədd etdi

Aktual

13 Oktyabr 2020, 10:25

Ötən gün İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağanın qoyulması vəsatətini dəlil çatışmazlığı səbəbi ilə təmin etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Jerusalem Post” yayıb.

 

Hakim Yosef Elronun sözlərinə görə, iddiaçının məhkəməyə təqdim etdiyi materialların heç birində dinləmənin keçirilməsi üçün yetərincə dəlil yoxdur.

 

Hakim qeyd edib ki, bu, ən yaxşı halda İsrail silahının Azərbaycana satıldığı və həmin silahın ölkənin arsenalında sadəcə özünümüdafiə məqsədilə saxlanıldığını sübut edə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza