Modern.az

Erməni terrorizminə öz adı ilə qiymət verilməlidir  

Erməni terrorizminə öz adı ilə qiymət verilməlidir  

Aktual

13 Oktyabr 2020, 12:45

“Son günlərdə erməni vandallarının Gəncə şəhərində törətdiyi vəhşiliklər də erməni terrorçuluğunun növbəti davamıdır. Bu, insanlığa sığmayan qanlı terror hadisələrinə görə ilk növbədə Ermənistanın başabəla baş naziri Nikol Paşinyan və onun ətrafında olub, Gəncə şəhərində terror hadisəsini həyata keçirən cinayətkar xunta məmurlar dəstəsi cavabdehdirlər. Hesab edirəm ki, Paşinyan və onun cinayətkar dəstəsi beynəlxalq məhkəmə qarşısında müttəhim kürsüsündə oturub cavab verməlidirlər”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik  İsa Həbibbəyli bildirib.

 

Akademik təəssüflə qeyd edib ki, beynəlxalq ictimaiyyət baş verənlərə göz yumur:

 

“Beynəlxalq ictimaiyyətin, Minsk Qrupunun Gəncə hadisələrinə biganə qalmaları, obyektiv hüquqi-siyasi qiymət verməmələri, Ermənistana təzyiq göstərməmələri nəticə etibarilə terrorçu dövləti və terrorçuluğu dəstəkləməyə xidmət edir. Möhkəm surətdə inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və xalqımızın apardığı Vətən müharibəsi tam qələbə ilə başa çatacaqdır. Möhtərəm Prezidentimizə və qəhrəman Azərbaycan ordusuna yeni zəfərlər arzu edirəm!”

 

İsa Həbibbəylinin sözlərinə görə, erməni cəlladlarının Azərbaycanın Gəncə şəhərində törətdikləri qanlı hadisələr hüquqi baxımından cinayət hadisəsidir:

 

“Beynəlxalq hüquq normaları baxımından isə Ermənistan tərəfindən Gəncə şəhərində törədilən cinayətlər əsl mənada terror hadisəsidir. Ümumiyyətlə Ermənistanın terrorçu dövlət olması yeni hadisə deyildir. Bütün XX əsr boyu Ermənistanın 1905-1907-ci, 1918-1920-ci və 1946-1948-ci, nəhayət, 1988-1990-cı illərin hadisələri zamanı da məqsədlərinə çatmaq üçün istifadə etdiyi əsas silah terrordur. Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalıda da Ermənistanın törətdiyi qanlı cinayətlərin yalnız bir adı vardır: Terrorçuluq!”

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza