Modern.az

TQDK-dan builki məzunlara ali məktəb imtahanlarına dair xəbərdarlıq

TQDK-dan builki məzunlara ali məktəb imtahanlarına dair xəbərdarlıq

2 İyul 2012, 20:07

Ümumtəhsil müəssisələrinin builki məzunlarından yalnız buraxılış imtahanlarında müvəffəq  qiymət alanlar ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Həmin şagirdlərin (abituriyentlərin) attestat qiymətləri TQDK tərəfindən onların elektron ərizə formasında avtomatik olaraq yerləşdiriləcək.

Modern.az xəbər verir ki, bu açıqlama ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası çıxış edib.

Tqdk bildirib ki, ümumtəhsil müəssisələrini bu il başa vuran və buraxılış imtahanlarında müvəffəq qiymət alan şagird (Naxçıvan MR-da təhsil alan şagirdlər istisna olmaqla) ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd veribsə, onun attestat qiymətlərinin təsdiqi üçün Sənəd qəbulu Komissiyasına müraciət etməsinə ehtiyac yoxdur.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək