Modern.az

Nazirlik vətənpərvərlik ruhunda videoçarx hazırladı

Nazirlik vətənpərvərlik ruhunda videoçarx hazırladı

Aktual

13 Oktyabr 2020, 17:07

Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Mədəniyyət Nazirliyi tərəfindən cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə Bakı Media Mərkəzi ilə birgə videoçarx hazırlanıb.

Modern.az xəbər verir ki, videoçarxda Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti Mübariz Tağıyev Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsinin qarşısında “Ulu torpaq” mahnısını ifa edir.

Sözügedən videoçarxı bu linkə daxil olaraq izləmək mümkündür: //youtu.be/PhzEi2UU_jI 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza